Son sutka ərzində Ermənistandan Qarabağa 460 erməni qayıdıb.
Axar.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
“İrəvandan Xankəndiyə gələn avtobuslar rusiyalı sülhməramlı kontingentin patrul dəstələri və hərbi polis tərəfindən müşayiət olunub”,- məlumatda qeyd olunub.
Ümumilikdə Qarabağa 41 mindən çox erməni qayıdıb.