“Dünya ərzaq bazarlarındakı qlobal vəziyyət Azərbaycanda da ərzaq idxaldan asılılığın azaldılmasını gündəmə gətirir”.
Bu barədə Milli Məclisin bu gün keçirilən iclasında Baş nazir Əli Əsədov bildirib.
“Ölkədə satılan un və un məlumatlarının qiymət artımının qarşısını almaq üçün işlər görülür. Bununla bağlı sahibkarlara güzəştli şərtlərlə kreditlər, subsidiyalar tətbiq olunur. Bu sırada Azərbaycanda kənd təsərrüfatının inkişafı hökumətimiz üçün əsas istiqamətlərdən biridir. Ona görə də bu sahəyə diqqət yüksəkdir”.