Avtonəqliyyat vasitələri ilə sərnişin və yükdaşımaları həyata keçirən vergiödəyiciləri "Fərqlənmə nişanı"nı elektron qaydada ala bilərlər.
Bunu Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) İdarə Heyətinin sədri Anar Rzayev deyib.
Qurum rəhbəri bildirib ki, AYNA Bakıda sərnişindaşıma sahəsində fəaliyyət göstərən daşıyıcılar istisna olmaqla, ölkə üzrə "Fərqlənmə nişanı"nın verilməsinə cavabdehdir.