Xaçmazda iki nəfər göbələk turşusundan zəhərlənib.
Hadisə rayonun Şimal qəsəbəsində baş verib.
Məlumata görə, qəsəbə sakinləri 78 yaşlı Roza Nemətova və 43 yaşlı Çimnaz Ağayeva zəhərlənmə diaqnozu ilə Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Həkimlərin səyinə baxmayaraq, Roza Nemətovanın həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırmalar davam etdirilir.