Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

“Üçüncü Qarabağ müharibəsi olmayacaq”






“Üçüncü Qarabağ müharibəsi olmayacaq və 3-cü Dünya müharibəsi də Qarabağdan başlamayacaq.

Qarabağ mövzusu ətrafında istənilən süni ajiotaj və küyəgetmə bizə ən ziyanlısıdır, təhrif və ictimai rəydə çaşqınlıq yaradır.

Bilmək lazımdı ki, Ermənistan sözün əsl mənasında darmadağın olunub, başı özünə qarışıb. Qarabağdakı erməni dəstələrinin partizan müqavimətini təşkil etmək üçün nə potensialı, nə belə mübarizənin perspektivi var”.

Bu fikirləri hərbi icmalçı, polkovnik-leytenant Nazim Bayram Dağlıq qarabağdakı vəziyyəti şərh edərkən bildirib.

“Hadrutda əsir götürülən ermənilər, müharibədə bizim hücum vaxtı gizlənib, indi acından ortaya çıxan Ermənistan ordusunun təxminən 300 nəfərlik bölmələri idi. Onların məsələsini ilk dəfə 10 gün əvvəl erməni deputatı Naira Zoqrabyan Paşinyanın qarşısında qaldırmışdı. O demişdi ki, əsgərlər valideynlərinə çətinliklə zəng edib deyiblər ki, "bir aydı Hadrutun meşələrində mühasirədəyik, bizi burdan qurtarın".

Digər kiçik erməni silahlı dəstələr yerli özünümüdafiə dəstələridi. Onlar əvvəlcə deyirlər, "təslim olmayacağıq!", "getməyəcəyik!", sonra başlarını aşağı salıb gedirlər. Ancaq aralarında xüsusi ekstremist və terrorçu elementlər də var. Onlar xüsusi əməliyatlarla məhv ediləcək və bu, müharibəyə gətirməyəcək.

Bəs hanı ermənilərin Qarabağda qalan "20 minlik ordusu?" Bu ordunun 10 mini hələ müharibə vaxtı qaçmışdı, daha 10 mini sonra çıxdı. Qarabağda nə bizdən başqa ordu var, nə də 20 min silahlı erməni”,- Nazim Bayram əlavə edib.

Rusiya Qarabağda ermənilərə Azərbaycana qarşı müqavimət üçün silah-sursat verərmi?

Polkovnik-leytenantın suala cavabı belə olub:

“Verirdisə onda niyə hərbi yardımlar etmək üçün onların darmadağın olmasını gözləyirdi, vaxtında vermirdi?

Rusiyaya yaxın-orta perspektivə Türkiyə lazımdı və regionda sülh vacibdiı. Bu gün Putin dedi, "...iqtisadi potensialı inkişaf etdirmək…".

Bu səbəblərdən Qarabağda yeni müharibə başlamayacaq. Ayrı-ayrı lokal insidentlərdən və terrorçulara qarşı əməliyatlardan başqa.

Əsas mübarizə keçib siyasi-diplomatik və informasiya müstəvilərinə.

Burada da Azərbaycanın mövqeləri güclüdür və düşməndən çox üstündür.

Qalib, qürurlu və güclü millət olduğumuzu nə qədər tez dərk eləsək, qarşımızdakı miqyaslı vəzifələrə o qədər hazır olarıq, düşüncəmiz 200 illik əsarətin iz qoyduğu fobiyalardan, xoflardan azad olar”.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də