Peru məhkəməsi ölkədə qiyam təşkilində ittiham edilən sabiq prezident Pedro Kastilyoya ilkin olaraq yeddi gün həbs təyin edib.
Bu barədə Peru məhkəməsinin tviter səhifəsində məlumat paylaşılıb.
İlkin mərhələdə həbs dekabrın 7-dən hesablanır.
Məlumata görə, məhkəmə prokurorluğun sabiq dövlət başçısının istintaqdan gizlənməyə cəhd edə biləcəyi barədə vəsatətini təmin edib.
Xatırladaq ki, Peru parlamenti dekabrın 7-də Xose Pedro Kastilyo Terronesi hakimiyyətdən uzaqlaşdırıb. Prezident isə parlamentİN buraxıldığını və ölkədə komendant saatı tətbiq olunduğunu elan edib. Lakin hərbçilər və polislər parlamenti dəstəkləyib. Qanunvericilər səsverməni ləğv etməyib və dövlət başçısının istefasını təsdiqləyib.