Türkiyədə fabrikdə yanğın baş verib.
Hadisə Mersin vilayətində qeydə alınıb.
Yanğınsöndürənlərin müdaxiləsindən sonra yanğının qarşısı alınıb. Hadisə nəticəsində ölən və ya yaralananların olmadığı bildirilib.
Vilayətin Tarsus rayonunda baş verən yanğın zamanı fabrikə böyük ziyan dəyib.
Hazırda hadisənin səbəblərinin müəyyən edilməsi istiqamətində araşdırmaların davam etdirildiyi qeyd olunub.