Azərbaycan parataekvondoçuları Sabir Zeynalov (58 kg, K44) və İmaməddin Xəlilov (70 kg, K44) Səudiyyə Ərəbistanın Ər-Riyad şəhərində keçirilən Qran-Pridə uğurlu çıxış ediblər.
İdmançılar bütün rəqiblərinə qalib gələrək, yarışı qızıl medalla başa vurublar.
Qeyd edək ki, Qran-pri Paris-2024 XVII Yay Paralimpiya Oyunlarında iştirak üçün reytinq xalları qazandırır.