Avropa İttifaqı (Aİ) ölkələri Xorvatiyanın Şengen zonasına daxil olmasına razılıq verib.
Bu barədə Xorvatiyanın baş naziri Andrey Plenkoviç özünün “Twitter“ hesabında məlumat yayıb.
O, bildirib ki, Xorvatiya 2023-cü il yanvarın 1-dən Şengen sazişinə qoşulacaq və bundan həm vətəndaşlar, həm də ölkə iqtisadiyyatı yararlanacaq.
Şengen zonasına Aİ-nin 26 ölkəsi daxildir. Avropa Komissiyası noyabrın 16-da Bolqarıstan, Rumıniya və Xorvatiyanın Şengen zonasına qoşulmağa hazır olduğunu bildirib.