Çinin Səhiyyə Komitəsi koronavirusla bağlı məhdudiyyətləri tədricən yumşaltmaqla bağlı qərar qəbul edib.
İlk olaraq təcridolunma və test qaydalarına dəyişiklik edilib.
İndi koronavirus xəstələri xüsusi izolyatorda deyil, evdə təcrid edilə bilər, simptomsuz xəstələrin təcrid olunması isə könüllüdür.
Əksər qurumlara daxil olmaq üçün neqativ nəticəli test tələb olunmur, ölkə daxilində hərəkət məhdudiyyəti tam aradan qaldırılıb. 5 gün ərzində yoluxma aşkar edilməyən yerlərdə karantin ləğv ediləcək.
Qeyd edək ki, Çində artan yoluxma fonunda karantin qaydaları sərtləşdirilmişdi. İnsanlar buna etiraz olaraq küçələrə axışmışdı.