Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Dünya çempionatının favoriti bu ölkədir

Dünya çempionatının favoriti bu ölkədir

Braziliya milli komandası “The Guardian” tərəfindən 2022-ci ildə Qətərdə keçiriləcək dünya çempionatının favoriti seçilib.

Nəşr bütün 1/4 finalçılar arasında Titenin komandasının çempionluq şansını ən yüksək qiymətləndirib.

 İkinci yerdə Fransa, üçüncü yerdə Portuqaliya qərarlaşıb.

 Reytinq siyahısında sonrakı yerlərdə ardıcıllıqla İngiltərə, Argentina, Niderland, Mərakeş, Xorvatiya gəlir.

 Qeyd edək ki, dünya çempionatı dekabrın 18-dək davam edəcək.

 Bu günədək mundialda 56 oyun keçirilib. Dekabrın 9-da turnirin ilk 1/4 final görüşləri baş tutacaq - hollandlar argentinalılara, xorvatlar isə braziliyalılara qarşı oynayacaq. Dekabrın 10-da İngiltərə - Fransa və Mərakeş- Portuqaliya komandalarının 1/4 final mərhələsinin oyunları keçiriləcək.









Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də