Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

ABŞ-ın Türkiyəyə “F-16” satışına qoyduğu qadağa götürüldü

ABŞ-ın Türkiyəyə “F-16” satışına qoyduğu qadağa götürüldü

ABŞ Konqresinin Nümayəndələr Palatasının Türkiyəyə “F-16” qırıcılarının satışını məhdudlaşdıran maddələri müdafiə büdcəsi qanun layihəsindən tamamilə çıxarıb.

 ABŞ Konqresinin hər iki palatasının Silahlı Qüvvələr üzrə Komitələri 2023-cü maliyyə ili üçün (oktyabrın 1-dən başlayaraq) 858 milyard dollarlıq müdafiə büdcəsini razılaşdırıb.

 Qanun layihəsinin son variantında yunan lobbisinə yaxınlıqları ilə tanınan Nyu-Hempşir nümayəndəsi demokrat Kris Pappas, Florida ştatının respublikaçı nümayəndəsi Qus Bilirakis, Nyu-York təmsilçisi respublikaçı Nikol Malliotakis və Nyu-Cersi nümayəndəsi demokrat Frent Pellone daxil olmaqla 18 nümayəndə tərəfindən təqdim edilən və qanun layihəsinin Nümayəndələr Palatasının versiyasına əlavə edilərək qəbul olunan Türkiyəyə “F-16” satışlarını məhdudlaşdıran heç bir bənd yer almayıb.





Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də