Rusiya Ukraynaya Qərb silahlarının tədarükü mövzusunda BMT Təhlükəsizlik Şurasının iclasını çağırıb.
Bunu Rusiya Federasiyasının BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya BMT Təhlükəsizlik Şurasının iclasında deyib.
“Ukrayna üçün nəzərdə tutulan Qərb silahları getdikcə təkcə Avropada deyil, həm də Yaxın Şərq və Afrikada müxtəlif quldurların? terrorçuların əlinə keçir. Bu problem beynəlxalq sülh və təhlükəsizliyə real təhlükə yaradır və Təhlükəsizlik Şurasının diqqətinə layiqdir. Buna görə də biz Hindistan sədrliyindən 9 dekabr cümə günü bununla bağlı ayrıca iclas çağırmağı xahiş edirik”, - deyə Nebenzya bildirib.