İndoneziyada güclü zəlzələ baş verib.
Bu barədə ölkənin Geofizika Agentliyi məlumat yayıb.
Təbiət hadisəsi Yava adasının cənubunda qeydə alınıb. Yeraltı təkan Rixter şkalası ilə 6.2 balla qiymətləndirilib.
Ətraf ərazilərdə güclü şəkildə hiss olunan zəlzələnin sunami təhlükəsi yaratmadığı elan olunub.
Ölən və yaralananlarla bağlı məlumat verilməyib.