Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Çində karantin tədbirləri yumşaldıldı – Etirazlardan sonra

Çində karantin tədbirləri yumşaldıldı – Etirazlardan sonra

Çin Xalq Respublikasında koronovirus pandemiyası ilə mübarizə tədbirləri çərçivəsində tətbiq edilən sərt karantin rejiminin tələbləri qismən yumşaldılıb.

Yumşalma hələlik sadəcə paytaxt Pekin şəhərini əhatə edir.

 Qərara əsasən, Pekində supermarketlərə, kommersiya fəaliyyəti ilə məşğul olan qurumların yerləşdiyi binalara, həmçinin bəzi ictimai məkanlara daxil olmaq üçün “PCR” test tələbi ləğv olunub.

 Məlumata görə, sözügedən yumşalma qərarı insanların genişmiqyaslı etirazlarından sonra qəbul edilib.

 Bildirilib ki, yaxın vaxtlarda karantin rejimi ilə bağlı yeni yumşalma qərarlarının qəbul olunacağı və təkcə paytaxtı yox, bütün ölkə əhalisini əhatə etməsi gözlənilir.

 Qeyd edək ki, noyabrın sonunda Çinin Sintszyan-Uyğur muxtar rayonunun paytaxtı Urumçidə giriş-çıxışı qapadılmış binada baş verən yanğında köməksiz vəziyyətdə qalan sakinlərin həyatını itirməsi və yanğına müdaxilə edilməsinin mümkün olmaması Çin şəhərlərində böyük etiraz aksiyalarının keçirilməsinə səbəb olmuşdu.








Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də