Finlandiyanın müdafiə naziri Antti Kaikkonen Türkiyəyə səfər edəcək.
Bu barədə Finlandiya Müdafiə Nazirliyi məlumat yayıb.
Səfər Türkiyənin milli müdafiə naziri Hulusi Akarın dəvəti ilə dekabrın 7-8-də baş tutacaq.
Müdafiə nazirləri Finlandiyanın NATO-ya üzvlük prosesini, ümumi təhlükəsizlik məsələlərini və iki ölkə arasında müdafiə sahəsində əməkdaşlığı müzakirə edəcəklər.