Fevralın 24-dən dekabrın 4-nə kimi Ukraynada 6702 mülki şəxs (424 uşaq) həlak olub.
Bu barədə BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığı məlumat yayıb.
Bildirilir ki, Rusiya ordusunun Ukraynaya endirdiyi zərbələr nəticəsində 10479 nəfər (775 uşaq) yaralanıb.
Hesabatda həmçinin vurğulanıb ki, ölüm hallarının əksəriyyəti "geniş məhvetmə radiusuna malik partlayıcı" silahlarından istifadə nəticəsində qeydə alınıb.