Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

“Rüşvət üstə həbs olunan qardaşım ata evini əlimizdən alıb”-FOTO


Cinayət Məcəlləsinin 311-ci maddəsi ilə 4 il həbsdə olmuş şəxsin oğlu ölkənin ən strateji nazirlyində necə vəzifə tuta bilər?

Mingəçevir şəhərində yaşayan,əslən Şəki rayonunun Cəfərabad kəndindən olan Səmədov Vəliyyədin Vahid oğlu müraciətində bildirir ki, 66 yaşlı doğma qardaşı Səmədov Nəriman Vahid oğlu 24 sot həyətyanı sahədə yerləşən 3 otaqlı ata mülkünə sahiblənib və heç kimi oraya buraxmır. Baxmayaraq ki, həmin mülkdə ailənin bütün üzvlərinin pay haqqı olub. Səmədov Vəliyyədinin iddiasına görə qardaşı Səmədov Nəriman ata mülkünü qanunsuz yollara ələ keçirib. Çünki iş məhkəmə predmetinə çevrilən zaman Nəriman saxta yollarla iki sənəd alıb. Belə ki, kənd icra nümayəndəsi Sübahanın verdiyi arayışda ailə tərkibi düzgün göstərilməyib. Baxmayaraq ki, bizim(Səmədov Vələyəddin) ailə, yəni mən,həyat yoldaşım və uşaqlarım kənddə-ata evində qeydiyyatda olub. Ancaq arayışda bu yazılımayıb. Hələ bu azmış kimi Şəki şəhər notarius kontorunda işləyən İsrayıl adlı şəxsin köməyi ilə bağışlanma sənədi əldə ediblər. Guya anam Səmədova Səlminaz Gülalı qızı mülkü Nərimanın oğluna bağışlayıb. Şikayətçi onun da bildirib ki, ata mükünün ələ keçirilməsi əməliyyatın tərkib hissəsi olaraq 1988-ci ildə onu və ailə üzvlərini özlərinin xəbəri olmadan qeydiyyatdan da çıxarıblar. Ata mülkünə sahiblənən və geniş maliyyə imkanlarına malik Səmədov Nəriman neçə illərdir ki,onları həmin evdə yaşayan anaları ilə görüşə belə buraxılmır.

Səmədov Vəliyyədin digər iddiasına görə mülkü ələ keçirən qardaşı Səmədov Nərimanın necə adam olduğunu bir fakt təsdiq edir. Belə ki, o, 2005-2012-ci illərdə Şəki Pedaqoji Kollecində şöbə müdiri işləyib. 2012-ci ildə isə rüşvət alma faktlarına görə cinayət məsuliyyətinə cəlb olunaraq həbs edilib və 4 il həbsdə olub. Çox maraqlıdır ki, Nəriman Səmədov hazırda sözügedən kollecdə işləyir.

29 iyun 2012-ci ildə Baş Prokurorluğun Səmədov Nəriman Vahid oğlu ilə bağlı yaydığı rəsmi məlumatı təqdim edirik:

Şəki Pedaqoji Kollecinin şöbə müdiri Səmədov Nəriman Vahid oğlu  2012-ci ilin aprelində kollecin məzunu Qəbələ rayon sakini Vüsalə Aslanlının həmin təhsil müəssisəsini bitirməsinə dair diplomun verilməsinə görə qayınatası M. Həmidovdan 500 manat pul tələb edib. Həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində N. Səmədov iyunun 28-də xidməti otağında tələb etdiyi pulun müqabilində 400 manatı vətəndaşdan rüşvət kimi alarkən cinayət başında yaxalanıb. Həmin pullar hal şahidlərinin iştirakı ilə götürülərək rəsmiləşdirilib.
N. Səmədovun xidməti otağına və yaşadığı evə baxış aparılan zaman vətəndaşın adına olan əsas təhsil haqqında şəhadətnamənin əsli, doğum haqqında şəhadətnamənin kserosurəti, üzərində vətəndaşların adlarının yazıldığı 2 ədəd zərfin içindən 900 manat məbləğində pul aşkar edilərək götürülüb.

Fakta görə N. Səmədov barəsində Cinayət Məcəlləsinin 311.1-ci (rüşvət alma) maddəsi ilə cinayət işi başlanıb. N. Səmədov təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə ittiham elan olunmaqla barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Şikayətçi Səmədov Vəliyyəddin onu da bildirir ki, niyə müvafiq dövlət qurumları bu saxtakar şəxsin əməllərinə hüquqi qiymət vermir? Mən dövlətimizin aidiyyatı qurumlarından hüquqi addımlar gözləyirəm…

Qarşı tərəfin mövqeyini öyrənmək üçün Nəriman Səmədovla telefon əlaqəsi saxlayıb. O, açıqlamasında bildirib ki, onun həm böyük qardaşı, həm də şikayət edən Vələiyyədin bir dəfə də olsun hazırda 100 yaşı olan analarına baş çəkməyib və ona mənim ailəm, şəxsən özüm qulluq edirəm. Yataq xəsətəsi olan anasına baxmayanların mülk iddiasında olmağa haqqı yoxdur. Mən həmin mülki qanun çərçivəsində əldə etmişəm, bununla bağlı bir neçə məhkəmə instnasiyalarının müvafiq qərarları var. Məhkəmə mənim xeyrimə qərar çıxarıb. Ata evini anam noratial qaydada mənim oğluma bağışlayıb, sonra isə oğlum hüquqi formada həmin evi mənə verib. Anama qarşı sərgilənın münasibətə görə də mən evin sahibi kimi onları evimə qoymuram. Anasını bir dəfə də olsun soruşmayan övladların danışamağa belə haqqı yoxdur. Mən ata evimi qanuna uyğun şəkildə əldə etmişəm. Qardaşlarımın nəyisə tələb etməyə heç mənəvi haqları da yoxdur.

                 -Nəriman Səmədov anası ilə-

Hətta Nəriman Səmədov müxtəlif vaxtlarda Rusiyada yaşayan böyük qardaşını da kənddə bəzi əxlaqsız hərkətlər etməkdə  ittiham edib.

Qeyd edək ki, şikayətçi Səmədov Vəliyyədin qardaşı Nəriman Səmədovun Müdafiə Nazirliyində işləyən kapitan rütbəli oğlu Səmədov Vahid haqqında daha ilginc və şokedici məlumat verib. Hazırda redaksiyamız tərəfindən faktın araşıdırılması və dəqiqləşdirilməsi istiqamətində işlər aparılır. Növbəti yazımızada həmin faktı rəsmi səndlərlə təqdim edəcəyik.

Şikayətçi Səmədov Vəliyyədin sual edir: Cinayət Məcəlləsinin 311-ci maddəsi ilə 4 il həbsdə olmuş şəxsin oğlu ölkənin ən strateji nazirlyində necə vəzifə tuta bilər?

Bizi izləməyə davam edin…Daha diqqətçəkən faktları da təqdim edəcəyik… (kanal32)


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də