
Türkiyə ABŞ-ın tətbiq etdiyi sanksiyalara baxmayaraq, Rusiyanın S-400 zenit raket komplekslərinin alışından geri çəkilmək niyyətində deyil.
TASS-ın məlumatına görə, bu barədə Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu 24 TV-yə müsahibəsində bildirib.
O, müdafiə sənayesini daha müstəqil etmək üçün müəyyən addımlar atmağa davam ediləcəyini deyib.
“S-400 məsələsində geri çəkilməyəcəyik. Sanksiyalar səhv qərardır. Cavab addımları atacağıq”, - deyə o, vurğulayıb.