Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Ceyhun Bayramov Moskvadan Qarabağ ermənilərinə mesaj göndərdi

Ceyhun Bayramov Moskvadan Qarabağ ermənilərinə mesaj göndərdi

Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni əsilli əhalinin hüquqları barədə Rusiyada danışıqlar olub. 

Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Moskvada rusiyalı həmkarı Sergey Lavrovla görüşünün yekunlarına dair birgə mətbuat konfransında bildirib.

 "Azərbaycan onların bütün vətəndaşları ilə eyni hüquq və azadlıqlara malik olacağına təminat verəcəyini dəfələrlə bildirib. Onlar digər vətəndaşlarla eyni hüquqlara malik olacaqlar",- nazir deyib.

 XİN başçısı həmçinin Azərbaycanın bir sıra dövlət strukturlarının sülhməramlı qüvvələrin müvəqqəti yerləşdirildiyi ərazidə ekoloji vəziyyəti araşdırmaq üçün sülhməramlı kontingentə müraciəti barədə rusiyalı həmkarını məlumatlandırıb.

 Sergey Lavrov isə məsələnin diqqətdə olduğunu söyləyib:

 "Azərbaycanlı həmkarlarımızda üçtərəfli bəyanatların icrası ilə bağlı yaranan suallar bizim üçüm prioritet əhəmiyyət daşıyır. Bizim hərbçilərimiz bununla fəal məşğul olur. Məsələ ilə bağlı müzakirələ aparılır". 






Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də