Türkiyənin Daxili İşlər Nazirliyi narkotiklərlə mübarizə tədbirləri çərçivəsində yeni əməliyyat keçirib.
Bu barədə ölkənin daxili işlər naziri Süleyman Soylu məlumat verib.
Bildirilib ki, əməliyyat ölkənin iki vilayətini əhatə edib. Sakarya və Kocaelində keçirilən əməliyyat “Kökünü Qurutma Əməliyyatı” adlandırılıb.
Əməliyyat nəticəsində 307 şübhəli şəxsdən 269-u saxlanılıb. Hazırda saxlanılanlarla bağlı araşdırmaların davam etdirildiyi qeyd olunub.
“Narkotik trafiki PKK, FETO kimi terror təşkilatlarının maliyyə mənbələrini təşkil edir”, - deyə nazir bəyan edib.