İranda etirazçılar əhalini üç günlük tətilə çağırıblar. İranın baş prokuroru Məhəmməd Cəfər Montazeri “əxlaq polisi”nin ləğvini elan etdikdən sonra hakimiyyətə təzyiqlər güclənib.
Bu barədə “Reuters” informasiya agentliyi məlumat yayıb.
“Əxlaq polisi”nə nəzarət edən Daxili İşlər Nazirliyi onun ləğv olunduğunu təsdiqləməyib və İranın dövlət mediası bildirib ki, Montazeri polisin fəaliyyətinə nəzarət edən səlahiyyətli şəxs deyil.
Qeyd edək ki, İranda etirazlar hicaba görə saxlanılan 22 yaşlı Məhsa Əminin ölümündən sonra başlayıb. İran hüquq mühafizə orqanları etirazlarda iştirak edən 462 nəfəri öldürüb. Ölənlərin 64-nün yaşı 18-dən az olan şəxslərdir.