Gürcüstanın paytaxtı Tbilisidə "Mişa sağ qalmalıdır!" adlı aksiya keçirilib.
Aksiya iştirakçıları Gürcüstanın üçüncü prezidenti Mixail Saakaşvilinin müalicə üçün xaricə göndərilməsini tələb ediblər.
Məlumata görə, mitinqə müxalif “Vahid Milli Hərəkat" partiyasının liderləri və tərəfdarları, digər müxalif siyasətçilər, həkimlər, ictimai xadimlər və vətəndaşlar da qoşulub.