Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

İki aydır itkin düşən əsgərimiz tapıldı, şəhid olub...






Vətən müharibə başlayan andan Murov istiqamətində döyüşlərə qatılan əsgər Hüseynli Əkbər Azər oğlunun nəşi tapılıb. 

Bu haqda danışan şəhidimizin əmisi, şair Bilal Alarlı şəhidimizin bu dəqiqələrdə yaşadığı Cəlilabad rayon Alar kəndinə gətiriləcəyini və dəfn ediləcəyini bildirib:

“Əkbər Murovda əsgərlikdə idi, hərbi xidmətini isə başa vurmağa az qalırdı. Murov istiqamətində gedən döyüşlərdə iştirak edib və oktyabrın əvvəlindən onunla əlaqəmiz kəsilib. Murov istiqamətində Əkbərin döyüş yoldaşlarının bir çoxu şəhid olub. İki aydan çoxdur ki, ondan məlumat ala bilmirdik, çox nigaran idik. Amma Əkbərin nəşinin tapılmasıyla bağlı bizə məlumat verildi. İndi Əkbərin nəşini gətirirlər, yoldadı. Bir az sonra onu yaşadığımız kənddə dəfn edəcəyik”.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də