regiontv.info Azerbaycanrealligi.com-a istinadən xəbər verir ki, Gəncə Dövlət Universiteti avtomobil təmirinə başlayıb. "Azərbayca Reallığı" xəbər verir ki, ali məktəb tender elan edib və qalibi “Leqal FN” MMC-dir. Məqsəd nəqliyyat vasitələrinin əsaslı təmiridir. Bu niyyətlə GDU 26 239.8 manat şirkətə maliyyə köçürəcək.
Amma maraqlıdır ki, universitetin balansında hansı avtomobillər var, nə məqsədlə istifadə edilir və təmirinə 26 mindən çox pulun ayrılması nə dərəcədə düzgündür?
Az qala bir maşının qiyməti qədər təmir xərcləri nəzərdə tutulub. Bu da öz növbəsində keçirilən tenderin formallığını gözlər önünə sərir və maxinasiya şübhələrini artırır.
Rektor Yusif Yusibovun illər ərzində GDU-nun maddi-texniki bazasını yeniləmək adı ilə böyük vəsaitlər mənimsəməsi, tələbələrdən rüşvət yığması ittihamları azmış kimi, indi də maşın təmiri adı ilə pullar silir.
Xəbəri paylaş