Vəkil Şəfiqə Nağıyeva canlı efirdə üzünə su atan jurnalist Anar Vəziroğlunu məhkəməyə verməyəcəyini açıqlayıb.
Bu barədə o, "Ümid ilə gəl" verilişində qonaq olarkən danışıb. Nağıyeva deyib ki, güclü kişilərlə mübarizə aparmaq istəyir:
"Anar həmişə müsahibə verəndə deyir ki, Şəfiqə bir verilişdən çıxıb, digərinə gedir. Deyir, ərdə qalmayan arvadlar kimi. Çünki, o insan ağzından çıxanı bilmir. Mən bu gün deyirəm, Anar, qulaqlarını aç, yaxşı eşit. Hansı veriliş yaxşıdırsa, ora gedirəm. Məni çıxarmırlar, mən özüm çıxıram. Bu gün mən qalibəm. O, mənə qarşı təhqir sayılacaq bir addım atdı. Amma bunu təhqir kimi başa düşmürəm, o, aciz bir adamdır.