Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Mingəçevirdə bağçada biabırçı vəziyyət – FOTOLAR


Mingəçevir şəhərində yerləşən 20 N-li “Lalə”körpələr evi uşaq bağçası biabırçı vəziyyətdədir.

Adı çəkilən bağça SSRİ vaxtından istifadəyə verilib.

Şikayətçilərin sözlərinə görə, indiyənə qədər bağçada heç bir təmir işləri aparılmayıb:

“Əgər bura bağça demək mümkündürsə. Valideynlər əlacsız övladlarını bu bağçaya gətirirlər. Bağça heç bir normalara cavab vermir. Bina o qədər köhnədir ki, nə qapısı, nə pəncərəsi, nə də uşaqların istirahəti üçün həyəti var. Hələ üstəlik də, elektirik xətləri o qədər nasazdır ki, qızdırıcını qoşan kimi bağçada qısaqapanma nəticəsində alovlanma başlayıb”.


Məlumata görə, hazırda bağçada elektirik xətləri işləmir və otaqlar odun peçi ilə qızdırılır.

Belə bir sual olunur ki, indiyə qədər bu vəziyyətdə olan bağçanın müdirəsi niyə bununla bağlı heç bir aidiyyəti orqanlara məlumat verməyib? Hər kəs öz işinin xatiri üçün susmağı üstün tutub. Hələ ünvanı bildirən löhvədə bu vəziyyətdə asılıbsa, onda digər problemlərdən danışmağa dəyməz. Mövzu ilə bağlı aidiyyatı qurumların mövqeyini dərc etməyə hazırıq.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də