Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Uşaqlara baxmaq üçün kredit götürmüşük - 6 qız anası

Uşaqlara baxmaq üçün kredit götürmüşük - 6 qız anası

Gəncədə 6 qız övladı böyüdən Məmmədovlar ailəsinin vəziyyəti ağırdır.

 Bu barədə açıqlamasında ailənin xanımı, 6 qız anası Günel Məmmədova məlumat verib.

 G.Məmmədova özünün və uşaqlarının da səhhətinin normal olduğunu deyib. Bununla belə, o, uşaqlara baxmaqda çətinlik çəkdiyini söyləyib:

 “Üçəmlərə həm ana südü, həm də süni uşaq qidası verirəm. Yoldaşımla ikimiz baxırıq. Heç bir maddi yardım və dəstək olunmayıb. Uşaqların şəxsiyyət vəsiqəsi düzəldikdən sonra hansısa sosial yardımın ola biləcəyini söyləyirlər".

 Xanım uşaqların maddi ehtiyaclarını ödəmək üçün bankdan kredit götürdüklərini bildirib:

 "Maddi çətinliklərimiz çoxdur. Uşaqlara baxa bilmək üçün yoldaşım kredit götürüb, sələmə girib. Bilmirəm, sonrası necə olacaq, amma hazırda çətinliklərimiz çoxdur".

 Xatırladaq ki, ötən ay 30 yaşlı G.Məmmədova Gəncə Regional Perinatal Mərkəzində üçəm qızlar dünyaya gətirib. Onun üçəmlərdən başqa  5, 6 və 8 yaşlarında 3 qız övladı da var.

 Qeyd edək ki, Günel Məmmədova beşdən çox uşağı olduğu üçün  çoxuşaqlı analara verilən müavinətdən yararlanacaq.

 Qanunvericiliyə görə, beşdən çox uşaq doğub tərbiyə edən qadınlara, uşaqların sağ olması şərti ilə, bu hüququn yaranmasına səbəb olmuş uşağı (yəni altıncı uşaq) bir yaşına çatdıqda:

 - Uşağın 18 yaşı tamam olan ayın sonunadək;

 - Hər uşağa görə 70 manat ödənilir.



Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də