Finlandiya baş naziri Sanna Marin Avstraliyaya səfəri zamanı bu ölkənin ABC telekanalında qonaq olub.
O, Sarah Ferqyusonun suallarını cavablandırıb.
Ferqyusonun rəqs videosu ilə bağlı verdiyi sual xanım Baş naziri qəzəbləndirib.
Belə ki, Baş nazirin yayılmış rəqs videolarından söhbət açan Ferqyuson vaxtilə bu videoya çox adamın qəzəbləndiyini xatırladıb. Ondan bu videolara verilən reaksiyaları necə izah etdiyini soruşub. Marin suala kinayə ilə "Qəzəb?", - deyə cavab verib.
Ferqyusonun bu reaksiyadan sonra sualı təkrarlaması Finlandiyanın Baş naziri Sanna Marini əsəbləşdirib.
"Əslində, qəzəb yox idi. Görüntüləri çılğınlaşdıran daha çox jurnalistlər və media idi. İnsanlar mənə dəstək oldular. Küçələrdə məni saxlayıb "rəqs etməyə davam et", deyirdilər. Biz siyasətçilər də insanıq. Mənim 37 yaşım var və hələ çox gəncəm.Yaşıma uyğun davranmaq istəyirəm. Dostlarımla görüşəcəm,rəqs edəcəm,boş vaxtım olsa, çölə çıxacam. Xatırladım ki, yayılmış videolar məhz yay tətili zamanı çəkilib. Yenə deyirəm, məncə siyasətçilər də normal insanlardır. Ona görə də, qorxunc nəyinsə baş verdiyini düşünmürəm", - deyə o cavab verib.