Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Ərdoğanın sözçüsü canlı yayımda jurnalistə əsəbiləşdi

Ərdoğanın sözçüsü canlı yayımda jurnalistə əsəbiləşdi







Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sözçüsü İbrahim Kalın İsveçdə "Sweden Public TV"nin qonaq olub.

İbrahim Kalın çəkiliş zamanı təxribatçı suallara tuş gəlib. O, Türkiyə ilə bağlı qərəzli sualdan əsəbiləşərək verilişi yarımçıq tərk edib.

 Jurnalistin Türkiyəni cinayətkarlar üçün təhlükəsiz liman kimi təsvir etməsi Kalının etirazına səbəb olub.

 Prezidentin sözçüsü deyib: “Əgər Türkiyənin mafiyaya bir növ sığınacaq verdiyini, onları qoruduğunu iddia edirsinizsə, bunu nəzərdə tutursunuzsa, mən bunu qəti şəkildə rədd edirəm. Türkiyə bu iddiaları qəti şəkildə təkzib edir. Deyirsiniz ki, Türkiyədə filan yer kokain qaçaqmalçılığının, yaxud narkotik alverçilərinin mərkəzidir. Bu fikir reallığı əks etdirmir. Haradır siz deyin yeri? Siz bütöv bir ölkəni dəhşətli bir şeydə ittiham edirsiniz. Türkiyə cinayətkarlar üçün sığınacaq yeri deyil".

 "Fərqli gündəminiz var. Siz Türkiyənin kokain qaçaqmalçılığının və mafiya liderlərinin mərkəzi olduğunu iddia edirsiniz. Bu, PKK və FETÖ-nün yaydığı yalan məlumatlardır. Bu sualı verməklə, siz jurnalistikanın prinsiplərinə zidd gedirsiniz. Çünki yalan ittihamlar fakt kimi təqdim edib cavab gözləyirsiniz. Mən daha verilişə davam etmək istəmirəm. Verilişi dayandırın",- deyərək Kalın studiyanı tərk edib.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də