ABŞ və Fransa prezidentləri Co Baydenlə Emmanuel Makron bahalı hədiyyələr mübadiləsi aparıblar.
Bu barədə Ağ Ev məlumat yayıb.
ABŞ lideri həmkarına əvvəllər Ağ Evin həyətində yığılmış ağacdan hazırlanmış güzgü hədiyyə edib.
Bundan başqa, Bayden Makrona amerikalı musiqiçilərin yazıları olan vinil disklər kolleksiyasını, həmçinin amerikalı ixtiraçı Tomas Edisonun 1877-ci ildə yaratdığı ilk fonoqraf patentinin arxiv surətini bağışlayıb.
Makronun həyat yoldaşına isə qızıl və zümrüddən hazırlanmış bəzək əşyaları hədiyyə edilib.
Makron öz növbəsində Baydenə vinil diski, Bayden və həyat yoldaşının ilk görüşdə baxdıqları 1966-cı ildə çəkilmiş "Kişi və qadın" filminin orijinal CD-sini verib. Bundan əlavə, fransalı lider ABŞ prezidentinə 2012-ci ildə iki ölkə arasında ilk tarixi əlaqələrin rəmzi olan Kristof Spasskinin fransız evinin hazırladığı yeməkləri, eləcə də dünyaca məşhur fransız brendi Saint James-in sviterini və LIP şirkətinin saatını hədiyyə verib.