Almaniya Ukrayna Silahlı Qüvvələrinə yeni yardım paketi təqdim edib. Buraya yeddi “Gepard” zenit qurğusu da daxildir.
Bu barədə Almaniya hökumətinin mətbuat xidməti məlumat yayıb.
Hərbi yardım paketinə 3 ədəd zirehli körpü salan maşın BIBER, 8 yerüstü dron, 12 sərhəd avtomobili, 4 min yataq çantası, 30 təcili yardım maşını da əlavə edilib.
Bundan əlavə, Ukrayna “Mi-24” helikopterlərinin təmiri üçün lazım olan ehtiyat hissələri alacaq. Avadanlığın bir hissəsi Bundesverin anbarlarından, digər hissəsi isə hökumətin modernləşdirmə təşəbbüsü ilə maliyyələşdirilən sənayedən tədarük ediləcək.
Almaniya hökuməti təhlükəsizlik baxımından silahların çatdırılma üsulları və vaxtı barədə məlumat verməyib.