Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

İrandakı etirazlarda ölənlərin sayı 462-yə ÇATIB

İrandakı etirazlarda ölənlərin sayı 462-yə ÇATIB



İranda keçirilən etiraz aksiyalarında 462 nəfər həlak olub.

 Bu barədə ABŞ mərkəzli İranda Hüquq Müdafiəçiləri təşkilatı məlumat yayıb.

 Bildirilib ki, ölənlərin 64-nün yaşı 18-dən aşağıdır.

 Aksiyalar zamanı 18 206 nəfər həbs olunub. Onlardan 3492 nəfərin kimliyi və saxlanılma yeri bəlli deyil. Eyni zamanda, həbs olunan 583 nəfər tələbədir. Ümumilikdə nümayişlərə 143 universitetin tələbələri qoşulub.

 Məlumata görə, ölkənin 157 şəhərini əhatə edən aksiyalarda güc strukturlarının 61 nümayəndəsi öldürülüb.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də