Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Bu il 39 qadın məişət zorakılığına məruz qalıb

Bu il 39 qadın məişət zorakılığına məruz qalıb


Bu ilin 9 ayında 1100-dən çox məişət zorakılığı cinayəti qeydə alınıb.

Bunu Baş Prokurorluğun mətbuat xidmətinin böyük prokuroru Kənan Zeynalov deyib.

O bildirib ki, həmin hadisələr üzrə 1088 nəfər (893 qadın, 195 kişi olmaqla) xəsarət alıb, 55 nəfər isə ölüb.
"2022-ci ilin 9 ayı ərzində məişət zorakılığı zəminində 50 qəsdən adam öldürmə cinayəti baş verib. Bu cinayətlər nəticəsində 12 kişi, 39 qadın həyatını itirib. 2022-ci ilin 9 ayı ərzində məişət zorakılığı zəminində 14 qəsdən adam öldürməyə cəhd cinayəti baş verib, bu cinayətlər nəticəsində isə 1 kişi, 16 qadın isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb", - qurum rəsmisi deyib.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də