“Alma-Ata bəyannaməsi Qarabağın statusu məsələsini həll edir”.
Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov bu gün keçirdiyi mətbuat konfransında deyib.
“Alma-Ata bəyannaməsi imzalanan zaman Qarabağ Azərbaycanın tərkib hissəsi olub. Bu bəyannamə Qarabağın statusu məsələsini həll edir. Ermənistanın son vaxtlar status əvəzinə Qarabağ ermənilərinin hüquqları məsələsindən danışması səbəbsiz deyil. Azərbaycan buna hazırdır”, - deyə Lavrov qeyd edib.