Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Deputat ətin bahalaşmasına ETİRAZ ETDİ

Deputat ətin bahalaşmasına ETİRAZ ETDİ 


Rayonlarda və Bakıda ətin qiymətinin fərqli olması ilə bağlı məsələ qaldırılıb.

 Bu barədə deputat Elnur Allahverdiyev Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq və Aqrar siyasət komitələrinin birgə iclasında danışıb.

 “Ağcabədi və Bərdə rayonlarında ətin ortalama qiyməti 11 manat olduğu halda, Bakıda 18 manatdır. Təkcə 2 ay ərzində ətin qiyməti 13 manatdan 15 manata, sonra isə 18 manata qalxıb. Amma ət topdansatıcılardan 8 manata alınır. Belə olan halda, mənə maraqlıdır ki, niyə bu məhsul Bakıda 18 manata satılır. Ətin qiyməti hansı metedologiya ilə hesablanır”, - deyə deputat bildirib.

 İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin şöbə müdiri Elmir Bağırov isə deputata cavab olaraq bildirib ki, ətin qiymətini sahibkarlar tənzimləməkdə azaddır:

 “Ətin qiymətləri Tarif Şurası tərəfindən tənzimlənmir. Ətin qiymətinin fərqli olmasında iqtisadi amillər var. Yəni ətin mənbədən ticarət şəbəkələrinə daşınması və digər xərclər var”.

 Deputat Elnur Allahverdiyev isə sualına tam cavab ala bilmədiyini vurğulayıb.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də