Xalq yazıçısı Anar özü Əlisa Nicata müəyyən maliyyə yardımı edəcək.
Bunu APA-ya açıqlamasında AYB mətbuat xidmətinin rəhbəri Xəyal Rza deyib.
O, Əlisa Nicatın təqaüd alma məsələsinə də toxunub:
"Bundan əlavə, indiyə kimi Əlisa Nicat AYB-dən Prezident təqaüd almayıb. Bunun üçün o özü müraciət edə bilərdi, etməyib. Amma, indiki halda, maddi vəziyyətini nəzərə alaraq, adı siyahıya salınacaq və gələn il üçün Prezident təqaüdü ala biləcək", - Xəyal Rza deyib.