Xocavənd rayonunun Çaylaqqala və Köhnə Tağlar kəndlərindəki son hərbi əməliyyat zamanı Ermənistanın təxminən 171 hərbi qulluqçusu itkin düşüb.
Bu barədə Ermənistan mətbuatında məlumat yer alıb.
Ermənistan rəhbərliyinin məlumatına görə isə, həmin ərazidə 73 erməni hərbçi itkin düşüb.
“Hadisənin ilk saatlarından etibarən Rusiya sülhməramlılarının dəstəyi ilə onlar haqqında hər hansı bir məlumat əldə etmək üçün təcili işlər aparılır”, - deyə məlumatda bildirilir.
Ermənistan silahlı qüvvələri baş qərargah rəisi, general-polkovnik Onik Qasparyanın vəziyyəti yerindəcə aydınlaşdırmaq üçün Qarabağa gəldiyi qeyd olunur.(oxu.az)