“Azərbaycanda toylarda sifariş olunan ərzaqlarla bağlı normalar tətbiq olunmalıdır”.
Belə bir təkliflə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq və aqrar siyasət komitələrinin bu gün keçirilən birgə iclasında deputat Aydın Hüseynov çıxış edib.
“Yəni, “mən bu qədər vəsait, pul verirəm və istədiyim qədər ət məhsulları, çörək və s. məhsullar sifariş edə bilərəm” olmamalıdır. Çünki istehlak səbətimiz var. İstehlak səbətinə daxil olan məhsulların kalori normaları var”, - deyə deputat qeyd edib.
O vurğulayıb ki, hər bir nəfər üçün normalar müəyyələşdirilməlidir: “Biz bu sahədə qənaət yaratmaqla elə bolluq yaratmış olarıq”.