Pakistanın cənub-qərbində yerləşən Kvetta şəhərində partlayış baş evrib.
Partlayış nəticəsində 3 nəfər ölüb, 23 nəfər yaralanıb.
Yaralıların 15-inin polis əməkdaşıdır. Partlayışın asayiş keşikçilərinin koronavirusa qarşı vaksinasiya prosesini mühafizə edərkən törədildiyi bildirilib.
Hazırda polis hadisəni törədənlərlə bağlı araşdırmalara başlayıb.
Qeyd edək ki, Kvetta şəhəri Pakistanın Bəlucistan əyalətinin paytaxtıdır. Bu bölgə İranın Sistan və Bəlucistan əyaləti ilə həmsərhəddir.