Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Gültəkin Hacıbəyli sərbəst buraxıldı - YENİLƏNİB


Gültəkin Hacıbəyli sərbəst buraxıldı - YENİLƏNİB

Bakı hava limanında Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən saxlanılaraq polisə təhvil verilən Gültəkin Hacıbəyli Nəsimi Rayon Məhkəməsinə gətirilib.

 

Onun ifadəsi alındıqdan sonra sərbəst buraxılıb.

 

*****

09:39

 

Sabiq deputat, Milli Şuranın üzvü Gültəkin Hacıbəylinin saxlanıldığı barədə məlumat yayılıb.

Onun ötən gecə xaricdən ölkəyə qayıdarkən Bakı hava limanında saxlanıldığı bildirilir.
 

Milli Şura üzvləri bildiriblər ki, G.Hacıbayli barəsində xüsusi ittiham qaydasında cinayət işi başlanılıb, özünün isə bundan xəbəri olmayıb. Belə ki, ötən ay G.Hacıbəylidən Cinayət Məcəlləsinin 147.2 (Ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) maddəsi ilə şikayət olunub. 

Məlum olub ki, G.Hacıbəyli Nəsimi Rayon Məhkəməsi tərəfindən axtarışa verilibmiş.

Hazırda G.Hacıbəylinin Nəsimi Rayon Polis idarəsində olduğu, məhkəməyə təqdim olunacağı bildirilir.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də