Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Məmurlara “TikTok” qadağası qoyuldu


Məmurlara “TikTok” qadağası qoyuldu

ABŞ-ın Cənubi Dakota ştatında Çin mənşəli sosial media platforması “TikTok”un istifadəsinin məhdudlaşdırılması ilə bağlı qərar qəbul olunub.

 

Bu barədə ştatın qubernatoru Kristi Noem ictimaiyyətə məlumat verib.

 

Qərara əsasən, ştat daxilində dövlət qurumlarının işçilərinə xidməti elektron cihazlar vasitəsilə “TikTok”a daxil olmaq qadağan edilib.

 

Qubernator bu qərarı təhlükəsizlik məqsədləri ilə əsaslandırıb. Onun sözlərinə görə, “TikTok” Çin Kommunist Partiyası üçün informasiya toplanmasına və ələ keçirilən məlumatların bazaya ötürülməsinə xidmət edən vasitədir.

 

“Cənubi Dakota bizə nifrət edən dövlətlərin kəşfiyyat məlumatları toplaması əməliyyatlarının bir parçası ola bilməz”, - deyə Noem qeyd edib.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də