
Bu il ərzində pensiyaya çıxanların sayı açıqlanıb.
Dövlət Sosial Müdafiə Fondundan (DSMF) verilən məlumata görə, 2022-ci ilin yanvar-oktyabr ayları ərzində 20 932 nəfərə yaşa, əlilliyə və ailə başçısını itirməyə görə proaktiv qaydada pensiya təyinatı aparılıb.
Rəsmi məlumata görə, onların 66,2%-ni kişilər, 33,8%-ni isə qadınlar təşkil edib.