Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

DÇ-2022-də bu günün oyunları


DÇ-2022-də bu günün oyunları

Qətərdə təşkil olunan dünya çempionatının qrup mərhələsində sonuncu turunun oyunları keçirilir.

Bu gün D qrupunda Avstraliya Danimarka, Tunis isə Fransa ilə üz-üzə gələcək.

 

Günün maraqla gözlənilən qarşılaşmalarından olan Argentina – Polşa matçı isə 23:00-da start götürəcək. C qrupunun digər matçında Səudiyyə Ərəbistanı Meksika ilə münasibətlərə aydınlıq gətirəcək.

 

Qeyd edək ki, C qrupunda lider 4 xalla Polşadır. 3 xalları olan Argentina müvafiq olaraq Səudiyyə Ərəbistanı ilə iki və üçüncü yerləri bölüşdürür. Meksika isə 1 xalla sonuncudur. D qrupunda isə iki oyunda qələbə qazanan Fransa 1/8 finala vəsiqəni təmin edib. Avstraliyanın 3, digər iki komandanın isə hərəyə bir xalı var.

 

Çempionatın yayım hüququna sahib olan İTV bütün oyunları izləməsinə şərait yaratmaq üçün “CBC Sport” telekanalı ilə razılaşma əldə edib. Razılaşmaya əsasən, yayım hüququnun sublisenziya əsasında verilməsiylə, qrup mərhələsinin son turunun 8 oyunu “CBC Sport” telekanalında yayımlanacaq.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də