Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Bir ailənin 4 üzvü bıçaqlandı ata və oğlu öldü


Bir ailənin 4 üzvü bıçaqlandı, ata və oğlu öldü - YENİLƏNİB

Bakıda evdə bıçaqlanan şəxslərdən biri dünyasını dəyişib.

 

Naməlum şəxs tərəfindən bıçaqlanan 1971-ci il təvəllüdlü Rahil Muradov tibbi müdaxilələrə baxmayaraq, xəstəxanda ölüb.

 

***

Noyabrın 29-da saat 20 radələrində paytaxtın Xəzər rayonu, Buzovna qəsəbəsində rayon sakinləri - 1939-cu il təvəllüdlü Elbrus Muradovun bıçaq xəsarətlərindən ölməsi, həyat yoldaşı, 1945-ci il təvəllüdlü Şahirə Muradovanın və oğlu 1971-cil il təvəllüdlü Rahil Muradovun, nəvəsi 1997-ci il təvəllüdlü Elbrus Ağalarovun xəsarət alması ilə bağlı polisə məlumat daxil olub.

 

Bu barədə  Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib.

 

Məlumata görə, xəsarət alan şəxslər xəstəxanaya çatdırılıb.

 

Polis əməkdaşları tərəfindən cinayəti törətməkdə şübhəli bilinən şəxsin, yaxud şəxslərin müəyyən olunub saxlanılması istiqamətində zəruri əməliyyat-axtarış tədbirləri görülür.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də