Hindistanda Kəlküttə şəhərində şahmat üzrə “Tata Steel İndia” rapid turniri başlayıb.
Bu gün start götürən yarışda Azərbaycan təmsilçisi Şəhriyar Məmmədyarov da iştirak edir.
Turnirin ilk günündə 3 oyun keçirən “Şah” hər üç qarşılaşmadan qalibiyyətlə ayrılıb.
İlk oyununda qara fiqurlarla hindistanlı Qukeşə qalib gələn Məmmədyarov ikinci görüşündə onun həmyerlisi Sethuramanı ağ fiqurlarla udub.
Günün son matçında amerikalı Uesli Sonu məğlub edən Azərbaycan qrossmeysteri 3 oyundan sonra 3 xalla turnir cədvəlinin lideridir.
Qeyd edək ki, qalibin 10 min ABŞ dolları qazanacağı turnirə dekabrın 1-də yekun vurulacaq.