Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Yeni hərbi əməliyyatlar hər an başlaya bilər - Kalın


Yeni hərbi əməliyyatlar hər an başlaya bilər - Kalın

Suriya istiqamətində hər an yeni hərbi əməliyyatlar keçirilə bilər.

 

Bunu Türkiyə Prezidentinin sözçüsü İbrahim Kalın deyib.

 

O, xüsusilə vurğulayıb ki, əməliyyat üçün heç kimdən icazə alınmayacaq.

 

"Suriya ərazi bütövlüyünü məhz bizim keçirdiyimiz əməliyyatlara borcludur. Suriyanın buna etiraz etməsinə ehtiyac yoxdur. Əlbəttə ki, müttəfiqlərimizlə və qonşu dövlətlərlə bu cür əməliyyatları birlikdə müzakirə edirik. Ancaq əvvəldən kimisə məlumatlandırmaq və icazə almaq kimi bir öhdəliyimiz yoxdur. 

 

İctimai rəydə amerikalılar narahatdır, Rusiya belə düşünür kimi fikirlər dolaşır. Onlar narahat ola bilər, mövqelərini ifadə edə bilərlər, lakin bu, bizim atacağımız addımlara heç bir şəkildə təsir etməyəcək. Biz bunu açıq şəkildə ifadə edirik", - deyə Türkiyə rəsmisi qeyd edib.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də