
Masallı rayonunda 3 maqnitudada zəlzələ baş verib.
Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirilib ki, Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən yeraltı təkanlar yerli vaxtla saat 07:13-də qeydə alınıb.
Zəlzələ ocağı 14 kilometr dərinlikdə yerləşib.