Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Bu şəxslər moped sürə bilməyəcək - Qanun dəyişir


Bu şəxslər moped sürə bilməyəcək - Qanun dəyişir 

Sürəti 50 km/saat-dan çox olan nəqliyyat vasitələrinin dövlət qeydiyyatına alınması və sürücülük vəsiqəsinin tələb olunmasına dair layihə Milli Məclisdə müzakirə olunaraq ilk oxunuşda qəbul edilib.

 

Bu barədə “Yol hərəkəti haqqında” qanuna dəyişiklik layihəsində əksini tapıb.

 

Dəyişikliklə konstruktiv maksimal sürəti saatda 50 kilometrdən çox olan bütün nəqliyyat vasitələrinin dövlət qeydiyyatına alınması və dövlət qeydiyyat nişanı ilə təmin edilməsi tələbinin müəyyənləşdirilməsi təklif edilir.

 

Bununla da trisikl və kvadrisiklər dövlət qeydiyyatına alınacaq və sürücülük vəsiqəsi tələb olunacaq. Trisikl işçi həcmi 50 kub santimetrdən çox olan daxiliyanma mühərriki ilə hərəkətə gətirilən və ya mühərrikinin tipindən asılı olmayaraq, maksimal konstruksiya sürəti saatda 50 kilometrdən yüksək olan və orta uzununa müstəviyə nəzərən simmetrik yerləşən üçtəkərli mexaniki nəqliyyat vasitəsidir.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də