“Vardanyan kimi dələduzun Qarabağda görünməsi adi hal deyil”.
Bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Sahib Alıyev deyib.
Onun sözlərinə görə, erməni milyarder Vardanyan Qarabağa xüsusi tapşırıqlarla gəlib
"Dələduz Vardanyanın təxribatlarına göz yumulmayacaq. Onun özü də Qarabağa gəlməkdən razı deyil. Qarabağa gəlmə səbəbi öldürülən rusiyalı milyarderlər arasında olmamaqdır. Ona tapşırıq verilib ki, təxribatlarını özü maliyyələşdirsin. Rəsmi Bakı isə bununla razı olmayacaq. O, ya Bakıya gətiriləcək, ya da oradan rədd olub gedəcək”.